Bakıda silsilə qəza – Səfirlik əməkdaşları yaralanıbbackend

Bakıda silsilə qəza – Səfirlik əməkdaşları yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini 1967-ci il təvəllüdlü Qəzənfər Nəzərovun idarə etdiyi “London-Taxi” markalı 10 TH 507, Cəbrayıl rayon sakini 1960-cı il təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi eyni markalı 10 AT 774 nömrəli və Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Emil Mərdanovun idarə “Vaz-21214” markalı 90 TT 126 nömrəli avtomobillər toqquşub.

Qəza nəticəsində Q.Nəzərovun idarə etdiyi avtomobilin sərnişinləri olan Türkiyə səfirliyinin əməkdaşları, səfirin üçüncü katibi 1980-ci il təvəllüdlü Öznur Tübençokrak və müşaviri 1977-ci il təvəllüdlü Makbule Koçak xəsarat alıblar. Yaralılar Mərkəzi Klinikaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib. Araşdırma aparılır.(qafqazinfo)

İnterpress.az