Sabah Bakıda 1 saat qaranlıq olacaqbackend

Sabah Bakıda 1 saat qaranlıq olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, “Green Baku” Ekoloji Gənclər Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilati dəstəyi ilə keçirilən beynəlxalq kampaniya artıq neçə ildir ölkəmizdə də gerçəkləşdirilir.

Martın 19-da saat 20:30-21:30 arası bir sıra obyektlərin fasad və həyati zərurəti olmayan işıqları söndürüləcək. Builki kampaniyaya Hökumət Evi, BŞİH, Qız Qalası, Şirvanşahlar Sarayı, AMEA, “Hilton”, “İnturist”, “Bakı Bulvar” otelləri, ASAN xidmətin bütün ofisləri də qoşulacaq.

Eyni zamanda ilk dəfə olaraq bu aksiya Lənkəran rayonu və Quba rayonunun Qırız kəndi də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq 2011-ci ildən \”Yer saatı\” kampaniyasına qoşulub. İlk dəfə məhz həmin il Bakıda belə bir aksiya keçirilib və Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb.
\”Yer saatı\” – ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir hər ilin mart ayında keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır.

Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən \”The Sydney Morning Herald\” qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. 2009-cu ildən isə, bu, geniş hərəkata çevrilib. WWF-nin məlumatına görə, hər il 1 milyard əhali aksiyaya qoşulur.