Bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verilibbackend

Bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri rütbələri təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

\”Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də bütün Silahlı Qüvvələrimizin şəxsi heyəti kimi Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız\”, – deyə müdafiə naziri bildirib.

Təltif olunan zabitlər göstərilən etimada görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Novruz bayramı ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər. (virtualaz.org)

Bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verilib

İnterpress.az