Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etika və intizam komissiyası \”Lokomotiv\” futbol uklubunun oyunçusu Dmitriy Tarasovu üzərində Rusiya prezidenti Putinin şəkli olan maykanı nümayiş etdirdiyinə görə 5 min avro cərimələmək barədə qərar qəbul edib.
Bu barədə məlumatı UEFA-nın mətbuat xidməti verib.
Fevralın 16-da Avropa Liqasının 1/16 finalında İstanbulda \”Fenerbahçe\” ilə keçirilən oyunun sonunda 29 yaşlı Tarasov klub futbolkasını əynindən çıxarıb və onun əynində üzərində Putinin şəkli və rusca \”Ən nəzakətli prezident\” yazısı olan mayka qalıb.
UEFA-nın İntizam reqlamentinin 14 maddəsinin 7-ci bəndinə görə \”ideoloji, siyasi və dini təbliğatın bütün formaları qadağandır\”. (azadliq.org)
İnterpress.az