Bakıda sərnişin avtobusu qəzaya uğradı: sürücü öldübackend

Bakıda sərnişin avtobusu qəzaya uğradı: sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı şəhəri, Pirşağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. İnterAz-ın hadisə yerində olan müxbirinin sözlərinə görə, 179 nömrəli avtobusla minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücü Allahverdi Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Minik avtomobilində olan sərnişin gənc qadın isə başından xəsarət alıb. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib və xəsarət alan xanıma ilk yardım göstərilib.

Avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır. (interaz)

İnterpress.az