\”BakuBus\”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın lent.az-a verdiyi məlumata görə, martın 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından \”BakuBus\”a məxsus 2 və 14 saylı marşrut xətlərinin istiqamətləri müvəqqəti dəyişəcək:
“Belə ki, 2 saylı xəttimiz Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xəttimiz isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək”.