Interpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “FlyDubai” avia şirkətinə məxsus təyyarənin göyərtəsində 55 sərnişin və 6 nəfər heyət üzvü olub. Qəza zamanı təyyarədə olanların hamısı ölüb. Sərnişinlərin əksəriyyətinin Rusiya vətəndaşı olduğu bildirilir. Məlumata görə təyyarənın heyət üzvü Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları, sərnişinlərdən isə 2-si Ukrayna, 1-i Özbəkistan və 1-i Hindistan vətəndaşı olub.
Sərnişin təyyarəsi qəza etdikdən sonra parçalara ayılıb və yanmağa başlayıb. Lakin təyyarəni söndürmək mümkün olub.
Təyyarə qəzasına səbəb isə İk eniş cəhdinin uğursuzluğu olub. İlk eniş cəhdi uğursuz olduqdan sonra təyyarə qəzaya səbəb olan ikinci cəhdi etməzdən öncə 2 saat 9 dəqiqə Rostov-na-Don hava limanının gözləmə zonasında olub.
İnterpress.az
https://youtube.com/watch?v=sxfqyGAI760