QMİ məbuat xidmətindən verilən məlumatda bildirilir:
\”Nazirlər Kabinetinin qərarı ilə bu ildən etibarən yay vaxtına keçidin ləğv olunması ilə bağlı QMİ-nin saytında təqdim olunan namaz vaxtları cədvəllərində 27 mart 2016-cı il tarixdən başlayaraq bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır.
Belə ki, cədvəldə Bakı şəhəri üçün 27 mart tarixinə göstərilmiş sübh azanı vaxtı 06:12-dir. Bu göstəricidən 1 saat çıxırıq (06:12 – 01:00) və həmin tarixdə Bakı üçün sübh azanı vaxtını müəyyən edilir (05:12)\”.