Metro teraktından 22 il ötdübackend

Metro teraktından 22 il ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün o hadisədən 22 il keçir.

O vaxt hamı bu partlayışın terror aktı və onun müəllifinin erməni terrorçuları olduğunu güman edirdi. Tezliklə gümanlar doğruldu. Qanlı terakt ermənilərin əl işi idi, ancaq onlar bunu başqasının əliylə görmüşdülər. İstintaq nəticəsində məlum oldu ki, terror aktının icraçıları \”Sadval\” separatçı təşkilatının üzvləridir. Tezliklə onlar həbs olundu, istintaq zamanı məlum oldu ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olublar və orada onlara xüsusi təlim keçiblər.

Terror aktının icrasında və təşkilində iştiraka görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunub, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarıb, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.

Ermənilər və \”sadval\”çılar 19 martı terror aktı günü olaraq təsadüfən seçməmişdilər. Məqsəd Azərbaycan xalqının qədim və müqəddəs bayramını qara gətirmək idi.

İnterpress.az