Hadisə Səbail rayonunda baş verib. A.İsmayılova küçəsində yaşayan Sevinc İsmayılova evə girərkən naməlum şəxslə qarşılaşıb. Həmin adam qadının başından küt alətlə vurub, S.İsmayılova huşunu itirib. Ayıldığında isə oğrunun evdən qızıl-zinət əşyalarını oğurladığını görüb. Aparılan araşdırmalarla naməlum şəxsin evə hamamın nəfəsliyindən daxil olduğu müəyyən olunub.
S.İmayılova xəstəxanada yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
Araşdırma aparılır. ( qafqazinfo.az )
İnterpress.az