Rusiya mətbuatınını verdiyi xəbərə görə, Rusiya Turizm İttifaqının mətbuat xidmətinin rəhbəri İrina Tyurina məlumat verib.
“Bu turistik reys olub. Hətta güman edilir ki, göyərtədəki bütün sərnişinlər turistlər olub. Göyərtədə “Natali-Turs” kampaniyasının turistləri ilə yanaşı, sərbəst gələn turistlərin də olduğu ehtimal edilir. “Natali-Turs” kampaniyasının xətti ilə 30 turist olub”
Təyyarədə Rostov rayonun qanunvericilik məclisinin deputatı İqor Pakus və onun həyat yoldaşı qəzada həlak olublar.
Rusiyanın Rostov-na-Donu şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan ekipaj üzvləri də daxil 62 nəfərin hamısı həlak olub. (modern.az)
İnterpress.az