35 uşaq anası oğlunun mükafatlandırma mərasimində HUŞUNU İTİRDİ – FOTObackend

35 uşaq anası oğlunun mükafatlandırma mərasimində HUŞUNU İTİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uraldan olan 35 uşaq anası həddindən artıq yorğunluq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Çoxuşaqlı ana Tatyana Malıgina 14 yaşlı oğlu Fotinin Kamensk-Uralski şəhərində keçirilən zəngçilər müsabiqəsində iştirakını müşayiət etmək üçün Novosibirskdən Sverdlovsk vilayətinə gəlib.

Yeniyetmə yarışmada qalib gəlsə də, təntənəli an anasının huşunu itirməsi ilə kölgələnib.

Qadın oğlunun mükafatlandırılması mərasimi zamanı huşunu itirərək yıxılıb və başından xəsarət alıb.

Yekaterinburqdakı 6 nömrəli Mərkəzi Şəhər Kliniki Xəstəxanasının həkimləri müayinə zamanı müəyyən ediblər ki, uçuş və həyəcan fonunda qadında kəskin yorğunluq yaranıb və bu, “onurğa arteriyası sindromu”na səbəb olub.

Baş və boyun damarlarında funksional pozuntu baş verib. Müalicənin ilk günlərində Tatyana gəzə, ayaqda dura və hətta otura bilməyib.

Həkimlərin göstərdiyi tibbi yardımdan sonra qadının səhhəti yaxşılaşıb və o, ailəsinin yanına qaytarılıb.

Qeyd edək ki, qəhrəman ananın ümumilikdə 35 uşağı var — onlardan 8-i doğma, 27-si övladlığa götürülmüş uşaqlardır.

Onun artıq böyümüş övladları Tatyanaya 30-dan çox nəvə bəxş ediblər.

Xuraman Etibarlı

İnterpress.az