Bu xəbəri ABŞ-ın Geologiya Xidməti yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 23:58-də qeydə alınıb. Zəlzələnin episentri Pedernales yaşayış məskənindən 14 kilometr şimal qərbdə qeydə alınıb.
Zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
\”Reyter\” agentliyinə ölkənin vitse-prezidenti Xorxe Qlasa istinadən yaydığı son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb.
O həmçinin bildirib ki, ölənlərin sayının artacağı gözləniləndir.
Xatırladaq ki, seysmik zonada yerləşən Ekvadorda güclü zəlzələlər tez-tez baş verir. Məsələn 2014-cü ildə 5,1 bal gücündə zəlzələ baş vermiş, nəticədə 5 nəfər ölmüş, 18 nəfər yaralanmışdı.
İnterpress.az-ın verdiyi xəbərə görə, son dəqiqələrdə ölü sayının 77-yə çatması xəbəri yayılıb. Bu xəbər isə Ekvadorun Prezident Administrasiyasının \”twitter\” səhifəsində paylaşılıb.
Zəlzələdə yaralananların sayı 588 nəfəri ötüb.
İnterpress.azhttps://youtube.com/watch?v=4WaSZPXAKw4