ABŞ prezidenti Barak Obama Ağ evin kommunikasiya üzrə direktoru Cennifer Psakinin 9 aylıq qızı Jeneveve Meçerə bir neçə dəqiqə ayırıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, prezidentin kabinetində Obama dizi üstə çıkərək qızla birgə şəkil çəkdirib.
Demokratlar Partiyasının funksioneri Qreqori Meçerlə nikahda olan Psaki uşağı 2015-ci iyulun ortalarında dünyaya gətirib.
O, Ağ evin kommunikasiya üzrə direktoru vəzifəsini 2005-ci il aprelin 1-dən tutur. Psaki həmin vəzifədə fevralın 5-də istefasını elan edən Cennifer Palmeri əvəzləyib.
Psaki 2013-cü ilin fevral ayından ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi olub. Buna qədər isə 2009-2011-ci illərdə ABŞ prezidentinin kommunikasiya üzrə köməkçisi işləyib.
Obamanın ilk prezidentlik kampaniyası dövründə – 2008-ci ildə Psaki onun səyahətlərində mətbuat katibi, sonra isə Ağ evin mətbuat katibinin müavini olub. (modern.az)
İnterpress.az