Milyarder 800 milyon dolları mənimsədiyinə görə edam hökmü verilən iranlı milyarder Babək Zəncani xarici ölkələrdəki mal varlığının bir hissəsini İran dövlətinə verib.
Bu haqda Zəncaninin vəkili Rəsul Kuhpayzadə məlumat verib. Onun szölərinə görə, Zəncani bu addımı atmaqla özünə verilən edam hökmünün dəyişdirilməsinə ümid edir.
\”Zəncani, həbsxanada rəsmilərlə edilən görüşdə xarici ölkələrdəki mal varlığının siyahısını açıqlayıb və mallarının bir hissəsini Neft nazirliyinə verib\”, – deyə vəkil Kuhpayzadə bildirib.
Vəkil həmçinin, hazırda Zəncaninin Türkiyədəki mal varlığının \”əmanətçi\”lərdə olduğunu qeyd edərək, mal varlığının nədən ibarət olmasıyla bağlı əlavə açıqlama verməyib.
Qeyd edək ki, İranın Ədliyyə naziri Mustafa Purmuhəmmədi bir müddət əvvəl Zəncaninin dövlətdən oğurladığı pulları geri qaytaracağı təqdirdə edam hökmünün ləğv oluna biləcəyini bildirmişdi.
Babək Zəncaninin 237 səhifəlik ittihamnaməsindəki əsas ittihamlar aşağıdakı kimidir:
1. Yer üzərində fəsad çıxarmaq və ölkənin iqtisadi sistemini pozmağa çalışmaq,
2. İran Milli Neft Şirkətində böyük miqyasda saxtakarlıq,
3. İlk İslam İnvestisiya Bankında (FIIB) dələduzluq və saxtalaşdırma,
4. Türkiyədəki Ərəb-Türk Bankından Tacikistandakı Kont Bankına köçürülmə işlərində saxtalaşdırma aparmaq,
5. İlk İslam İnvestisiya Bankından İran Massa Bankına köçürülən valyuta ötürülməsində saxtalaşdırma aparmaq,
6. Kont Bankından İnkişaf Finas İnstitutuna köçürülən valyuta ötürülməsində saxtalaşdırma aparmaq,
7. İlk İslam İnvestisiya Bankından İslam Bankına köçürülən pullarda saxtalaşdırma,
8. İran Mərkəzi Bankında sənəd və möhür saxtalaşdırması.
İnterpress.azhttps://youtube.com/watch?v=AxcDciKcai8