Ağdamın Çəmənli kəndinin bələdiyyə sədri Pənah Hüseynov bildirib ki, düşmən təxribatı nəticəsində həlak olan kənd sakini Famil Əli oğlu Mustafayev birinci Qarabağ müharibəsinin veteranı olub.
“1966-cı il təvəllüdlü Famil Mustafayev Qarabağ döyüşlərində iştirak edib, qazidir. Familin 3 övladı var. Hazırda mərhumun dəfn mərasimi keçirilir”.
Qeyd edək ki, ermənilərin açdığı atəş nəticəsində yaralanan mülki şəxslərdən ikisinin vəziyyəti ağırdır. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur.
Yaralılar xəstəxanaya yerləşdirilib.( azvision.az)
İnterpress.az