Ərdoğan xarici məzunların Türkiyədə universitetdən sonra iki il qalmasına icazə verib.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Ali Təhsil Şurası (YÖK) ölkə universitetlərində təhsilini başa vuran əcnəbi tələbələr üçün yeni və mühüm qaydanı təsdiqləyib.
Yeni qərara əsasən, xarici məzunlar təhsillərini bitirdikdən sonra qısamüddətli yaşayış icazələrini (kısa dönem ikamet izni) iki ilə qədər uzada biləcəklər.
Yeni sxemə görə, məzun diplom aldıqdan sonra 6 ay ərzində birillik müvəqqəti yaşayış icazəsi üçün müraciət etmək hüququna malikdir.
Müvafiq şərtlər yerinə yetirilərsə, bu icazəni daha bir il müddətinə uzatmaq mümkündür.
Bu tədbir ölkədəki istedadlı xarici kadrları saxlamaq və onların Türkiyə əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyır.
Müvafiq dövlət qurumları tərəfindən namizədlər üçün dəqiq seçim meyarları və tələblər siyahısı üzərində iş gedir.
Bu rəsmi yeniliyin gələcəkdə Türkiyə ali məktəblərinə daha çox xarici abituriyentin cəlb edilməsinə əhəmiyyətli dərəcədə şərait yaradacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






