Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin mətbuat xidmətindən bildiblər ki, ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində yaralanaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılara yüksək səviyyədə tibbi yardım göstərilib. Nazirlikdən həmçinin qeyd ediblər ki, cəbhəyanı ərazilərdə yerləşən mərkəzi rayon xəstəxanaları müasir tibbi avadanlıqlarla, eləcə də, peşəkar tibbi personalla sakinlərin xidmətindədir: \”Cəbhəyanı ərazilərdəki tibb müəssisələri gücləndirilmiş iş rejimində çalışır. Düşmən gülləsi zamanı yaralanan Ağdam sakinlərinə də yüksək səviyyədə lazımi tibbi yardım göstərilib. Tibbi işçiləri yaralıların xəstəxanaya hansı saatda daxil olmasından asılı olmayaraq istənilən vaxt onlara tibbi yardım göstərməyə hazır vəziyyətdədirlər\”. (movqe.az)
İnterpress.az