Kənd sakini Səmayə Baxşıyevanın evinə girən maskalı olan naməlum şəxslər onun əl-qolunu bağlayıblar.
Naməlum şəxslər daha sonra qadının evindən 13 min ABŞ dolları, 2 min manat, xeyli miqdarda qızıl əşyası aparıblar. Səmayə Baxşıyeva evinə basqın edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətini məlumatlandırıb. Dərhal hadisə yerinə Ağstafa rayon polis şöbəsinin əməliyyat qrupu gəlib və qadının ilkin izahatı alınıb. Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görülür.
Məlumata görə, Səmayə Baxşıyeva rayonda sələmə pul verən şəxs kimi tanınıb.