Erməni deputatın əmisi oğlu həbs olundubackend

Erməni deputatın əmisi oğlu həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hakim Respublika Partiyasının deputatı Arakel Movsisyanın əmisi oğlu Miqran Movsisyan həbs olunub.
Bu barədə Ermənistanın “Hraparak” nəşri xəbər verir.

İlkin məlumatlara görə, o, ölkədən 200 milyon dollar dəyərində uran çıxartmağa və onu Gürcüstanın paytaxtında satmağa cəhd edib.

Qeyd edək ki, Mihran Movsisyan ötən ilin oktyabrda da qalmaqalla KİV-lərin gündəminə gəlmişdi. Onun cangüdəni Samvel Arakelyan digər mühafizəçi Artur Ayvazyanı öldürdüyü üçün 14 illik azadlıqdan məhrum edilmişdi.

Qəzet əmisi oğlunun həbsi ilə bağlı deputat Arakel Movsisyanla əlaqə saxlayıb. Deputat məsələdən xəbərdar olduğunu bildirib: “Mən belə bir məlumatın olduğunu bilirəm. Hazırda vacib olan vətənimizin sərhədlərinin qorunmasıdır. Mən Qarabağdayam”.

Erməni deputatın əmisi oğlu həbs olundu

Əmisi oğlunun həbsi barədə danışan deputat “Əgər o vətənə xəyanət etməyibsə , mən onun həbsdən çıxması üçün əlimdən gələni edəcəyəm\”-deyə bildirib. /azvision.az/

İnterpress.az