İnterpress.az xəbər verir ki, ötən gün Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib. Nəticədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə Gənclər Təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışı davam edir.
Ukrayndakı Azərbaycan Konqresinin nümayəndəsi, ermənilərin silahlı hücumuna məruz qalan azərbaycanlı Çingiz Əliyev bildirib ki, hadisəni törədən ermənilərə tanınmış biznesmenlər dəstək olur.
“Bakıdan gələn idmançılarımızı hava limanına aparan zaman ermənilər bizə hücum etmək istəyirdilər. Biz toplu halda olduğumuz üçün onlar qorxdular. Daha sonra emənilər vağzalda toplaşıb, bizim haqqımızda məlumat toplayıblar. Biz Şəhriyar Məhərrəmovun mağazasının önündə durmuşduq. Birdən yanımızda 5-6 maşın dayandı.
Maşınlardan 30-a yaxın silahlı şəxs düşüb, bizə hücum etdi. Biz 6 nəfər idik. Sayımız az idi. Onlara dedik ki, kişisinizsə, gəlin əlbəəyaxa döyüşək. Ermənilər qorxularından silaha əl atdılar. Onlar bizə atəş açdıqdan sonra maşınlarına minib, ərazidən qaçdılar. Bu, heç kimə sirr deyil ki, erməniləri Ukraynada erməni iş adamları dəstəkləyib. Burada heç bir dövlət orqanı ermənilərə təzyiq edə bilməz. Şəhər meri, polis orqanı, dövlət qurumları ermənilərin bizə hücumu ilə maraqlanmadılar”.
Çingiz Əliyevin sözlərinə görə, yaralıların hazırda vəziyyəti bir o qədər də yaxşı deyil: “Ermənilərin əlində silah olmasaydı, biz onları məhv etmişdik. Onlar öz qorxaqlıqlarını göstərdilər. 6 nəfərə qarşı 35 nəfərlə hücuma keçmək kişilikdən deyil. Xəsarət alan qardaşlarımızın vəziyyəti elə də yaxşı deyil. Hazırda mən də xəstəxanadayam. Rəcəb Məhərrəmov çox yaxın dostumdur. Ermənilər onu da güllələdilər. Bu hadisəni biz törətsəydik, polis bizi çoxdan həbs etmişdi. Əli silahlı ermənilər küçələrdə rahat gəzirlər.
Ermənilər hücum zamanı qisas aldıqlarını deyirdilər. Guya azərbaycanlılar 12 yaşlı erməni uşağa yarış zamanı xəsarət yetiriblər. Ermənilər yalan danışırlar. Biz uşaqlara əl qaldırmarıq”.
Xatıladaq ki, bir neçə gün öncə Ukraynada kunq fu və uşu idman növü üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava olub. Davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır. Ermənilər məhz qisas almaq üçün hücuma keçiblər.
AzVision.az
İnterpress.az