Bu barədə Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
O bildirib ki, hakim partya hər zaman AKP-nin bütün ali tədbirlərinə dəvət olunub:
“Yeni Azərbaycan Partiyası (YAP) hər zaman AKP-nin bütün ali tədbirlərinə dəvətli olub və yüksək səviyyədə iştirak edib. Ancaq bu dəfə ki, qurultayla bağlı YAP-a hansısa dəvət müraciəti daxil olmayıb. Çox güman ki, müraciət və rəsmi dəvət olmasa, iştirakımız da gözlənilmir”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı isə deyib ki, AKP-nin budəfəki qurultayına heç bir ölkədən nümayəndə heyəti dəvət almayıb:
“Məndə olan məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının budəfəki növbədənkənar qurultayına heç bir ölkədən nümayəndə heyəti dəvət olunmayıb.
Ona görə də, Yeni Azərbaycan Partiyası da AKP-nin növbədənkənar qurultayında təmsil olunmayacaq”.
Qeyd edək ki, bir müddət öncə Baş nazir Əhməd Davutoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilmişdi. Partiyanın iclasında Davudoğlunun istefa məsələsi gündəmə gəlmişdi. AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Qurultayın isə mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.
(modern)
İnterpress.az