Bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.
Hüquqşünas Aslan İsmayılov Rövşən Şərifovu təbrik edərək onun bundan sonra daha da böyük uğurlara imza atacağına inandığnı söyləyib:
“ABŞ-da yaşayan azərbaycanlı həmkarım Rövşən Şərifovun Nyu York məhkəməsinə hakim seçilməsi münasibətilə təbrik edirəm. Rövşəni uzun illərdir şəxsən tanıdığımdan onun daha böyük uğurlara imza atacağına əminəm”.
Rövşən Şərifov Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. O, ötən əsrin 90-cı illərində Azərbaycanı tərk edib və Nyu-Yorkda məskunlaşıb. Orada bir çox iri şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib. O, həm də uzun müddət Manxetten prokurorluğunda işləyib.
İnterpress.az