Ukraynalı blogger: Camala Eurovision qaydalarını pozub-VİDEObackend

Ukraynalı blogger: Camala Eurovision qaydalarını pozub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

32 yaşlı müğənni Camalanın tatar dilində ifa etdiyi «Krım bizimdir» mahnısı «1944» mahnısının eynidir və artıq silinmiş video YouTube servisinə 2015-ci ilin may ayının 18-də yüklənibmiş.

Ukraynalı blogger Anatoli Şariy bildirib ki, müsabiqədə yeni mahnı adı altında çoxdan bəri ifa olunan mahnını səsləndirməklə Camala «Eurovision» qaydalarını pozub.

Anatoli Şariyin öz videobloqunda bildirdiyinə görə, müsabiqənin qalibi Camalanın ifa etdiyi «1944» mahnısı yeni mahnı deyil.

«Eurovision»un şərtlərinə görə, müsabiqədə ifa olunan mahnı ötən ilin sentyabr ayından əvvəl heç bir yerdə ifa edilməyən mahnı olmalıdır. Lakin Ukrayna prezidenti Pyotr Poroşenko çıxışında bildirib ki, bu mahnı əvvəllər tatar dilində oxunurdu və «Krım bizimdir» adlanırdı.

Blogger onu da əlavə edib ki, bütün bunlara baxmayaraq, müsabiqənin nəticələri çətin ki dəyişdirilsin. (virtualaz.org)

İnterpress.azhttps://youtube.com/watch?v=jf7tJVdaG_I