300 ildir ki, yadplanetlilər insanları qaçırmaqla məşğuldurbackend

300 ildir ki, yadplanetlilər insanları qaçırmaqla məşğuldur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi araşdırmaçılara görə, təxminən 300 ildir ki, yadplanetlilər insanları qaçırmaqla məşğuldur. Bu sahənin ən yaxşı bilicilərindən biri, ingilis ufoloq Cenni Rendelsin kitabında yer almış bəzi maraqlı hissələri oxucularımızın diqqətinə çatdırırıq.

Dünyada məşhur olan Cenni Rendelsin kitabının adı \”The Complete Book of Aliens and Abductions\”, (\”Yadplanetlilər və onların qaçırdıqları insanlar\” haqda geniş kitab) adlanır. Kitabda bu hadisələrə geniş yer verilib.

Rendelsin kitabında bəhs edilən 10 qaçırılma hadisəsi:

1. Teath şəhəri, İngiltərə, 1645-ci il: Pitt ailəsinin yanında qulluqçu işləyən 15 yaşlı Anna Ceffri evin bağçasında huşsuz, ağrılar içərisində qıvrılan tapılıb. Qız bir müddət sonra özünə gəldiyində ağasına və xanımına yanına bir neçə kiçik insanabənzər varlığın gəldiyini və onu öpməyə başladıqlarını danışıb. Sonra qız huşunu itirdiyini və daha sonra nə baş verdiyini xatırlamadığını deyib. Bir az sonra isə ayıldığını, işiqlı, ətrafı kiçik pərilərə bənzəyən varlıqlarla dolu bir otaqda olduğunu deyən qız daha sonda yadplanetlilərin onun bədənini yoxladıqlarını, xüsusən də cinsiyyət orqanını araşdırdıqlarını söyləyib. Daha sonra yenidən huşunu itirdiyini və gözünü açanda özünü evin bağçasında gördüyünü deyib.

2. Sonq-Zi Xian, Çin, 1880-ci il: Fermer Yun Ten ağacların arasında parlaq bir şey gördüyünü deyib. Birdən fəlc olduğunu sanıb və huşunu itirib. Ətrafda bir inilti eşidib. Daha sonra nə baş verdiyi bilməyib və ayılanda görüb ki, bir dağın üstündədir. Onun itməsi ilə evindən 450 km uzaqda tapılması arasında isə bir həftə vaxt olub. Bir həftə sonra çinli kəndli Quizhou vilayətindən tapılıb.

3. Paarl, Cənubi Afrika, 1951-ci il: Tanınmış bir ingilis mühəndis kimsəsiz bir dağ yolunda avtomobili ilə hərəkət edərkən kiçik, insanabənzər varlıq tərəfindən durdurulub. Həmin varlıq ona \”su istəyirəm\” deyib. Ona su tapmaqda kömək edən ingilis mühəndis daha sonra deyib ki, o varlıq suyu bir az aralıda dayanmış boşqab şəkilli gəminin yanında huşsuz yatan başqa varlığa apardı. Daha sonra mühəndisin sözlərinə görə, həmin varlıq əli ilə göyü göstərərək başqa planetdən Yerin cazibə qüvvəsini istifadə etməklə gəldiklərini deyib.

4. Vyana, Avstriya, 1955-ci il: İkinci Dünya müharibəsi illərində nasistlərin əlində çox işkəncələr görmüş bir insan Cozef Vanderka meşədə yeriyərkən meşənin ortasındakı talada narıncı rəngli, yumurtaya bənzəyən bir maşınla qarşılaşıb. Gəmidəkilər onu yumurtanın göyərtəsinə alıblar. Gördüyü varlıqlar çox gözəl, uzun böylu, sarışın, ikicinsli və gözəl simalı olublar. Söhbət əsnasında Vanderka ağlayaraq nasistlərin vəhşiliyindən onlara danışıb və dünyanın düzəlməsi üçün insanlığa yardım etmələrini istəyib. Onlar isə, \”dünya tarixinin gedişatına qarışmayacaq\”larını deyiblər.

5. Qrodner Pass, İtaliya, 1968-ci il: Valter Rizzi motosikleti ilə gedərkən dairəvi bir diski xatırladan uçan əşya gördüyünü və dərhal əyləci basdığını deyir. Daha sonra disk yerə enir, içərisindən portağal rəngli dərili, keçəl başlı və pişik gözünə oxşayan gözləri ilə bir neçə varlıq çıxır. Rizzinin dediyinə görə yaxınlaşan varlıqlar onunla söhbətə başlayıblar. Planetimizə maqnit sahələrinin köməyi ilə gəldiklərini deyən yadplanetlilər burada tez qocaldıqlarını və ona görə də çox qala bilmədiklərini deyiblər. Daha sonra yadplanetlilər Rizziyə dünyanın maqnit qütblərinin deyişəcəyini və beləliklə dünya üzərində bir çox varlığın öləcəyini, iqlim dəyişikliyinin baş verəcəyini deyiblər.

6. İmjarvi, Finlandiya, 1970-ci il: Fermer Esko Viljo və meşəbəyi Aaron Heinonen xizək sürərkən qəribə bir qırmızı dumanla qarşılaşıblar. Onların hər ikisi duman arasında uçan dairəni və onları az qala kor edəcək gur işığı gördüklərini deyiblər. Daha sonra huşlarını itirən Esko və Aaron ayılanda özlərini dağın ətəyində görüblər. Hər ikisi uçan boşqabdan qəribə varlıqların düşdüyünü gördüklərini təsdiq ediblər.

7. Qisborn, Yeni Zelandiya, 1978-ci il: Bölgədə uçan boşqabın görünməsindən sona 3 ekstremal qadın yadplanetli ovuna çıxırlar. Geri döndükləri zaman hər üçünün yaddaşında itirdikləri 1 saat müddətdə baş verənlərdən başqa hər şey qalmışdı. Onların sonra danışdıqlarından belə məlum olur ki, yadplanetlilər tərəfindən hipnozun köməyi ilə qaçırılıblar. Onlar yadplanetliləri uzun, arıq və böyük gözlü təsvir ediblər.

8. Piroqovi gölü, Rusiya, 1987-ci il: Anatoli adlı bir əsgər gölün ətrafında keşik çəkərkən ömründə ilk dəfə insanabənzər varlıqlarla rastlaşdığını deyir. Onlara araq verdiyini iddia edən Anatoli sərxoş olmuş yadplanetliləri əsir alır. Daha sonra varlıqlar yox olurlar. Hadisəni komandirlərinə danışan Anayolini isə az qala yalan uydurduğuna görə həbs edirdilər. Onu daha sonra məcburi psixi müalicəyə göndəriblər, amma sona qədər dediyindən dönməyərək UFOları gördüyünü iddia edib.

9. Vankuver, Kanada, 1985-ci il: Alvina Skot yadplanetlilər tərəfindən qaçırıldığını, daha sonra təcrübə üçün onlar tərəfindən yumurtalıqlarından birinin alındığını iddia edir. Daha sonra xəstə böyrəklərinin yadplanetlilər tərəfindən müalicə edildiyini deyən Alvinanın həqiqətən də həmin hadisədən sonra xəstə böyrəklərinin sağaldığı görülüb. Yadplanetliləri isə Alvina insanabənzər, yumru və böyük başlı təsvir edir.

10. Nyu-York, ABŞ, 1989-cu il: Manhettendə yaşayan Linda Napolitano yüksək mərtəbələrdən birindəki mənzilindən oğurlandığını iddia edir. Pəncərədən oğurlanaraq uçan boşqaba mindirildiyini, tanımadığı, bizim planetdən uzaq bir yerə gətirildiyini və burada tibbi müayinəyə məruz qaldığını bildirib. İşin ən maraqlı tərəfi isə başına gələnlərin iki nəfər tərəfindən təsdiq olunmasıdır. (ölkə.az)

İnterpress.az