Binəqədi rayonunda avtobus piyadanı vurub öldürdübackend

Binəqədi rayonunda avtobus piyadanı vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə çərşənbə günü, mayın 18-də, saat 18 radələrində Binəqədi şossesində baş verib.

155 nömrəli marşurut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçmək istəyən 50-55 yaşlı kişini vurub. Avtobusun altında qalan piyada hadisə yerindəcə keçinib.

Avtobusun sürücüsü saxlanılıb. Ölən piyadanın kimliyi isə hələ ki məlum olmayıb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az