Bu barədə şairin özü sosial şəbəkədə məlumat verib.
O, sosial şəbəkədə paylaşdığı statusunda yazıb: “Evə çatıb nə görsəm yaxşıdır? Pəncərənin \”raşotka\”sını divardan ayırıb giriblər evə. Evi \”şumon\” ediblər, amma, heç nəyi aparmayıblar, bircə kompüterimi götürüblər.
Düzü, elə qiymətli əşyalarım filan da yoxdur aparılası. Qol saatlarım, gitara, bir neçə suvenirlər-filan. Guya kompüterin nə qiyməti var? 150-200 manata sata-satmaya. Amma, onun içində nə qədər mətnlər, qeydlər, çap olunmamış şeirlər, hekayələr vardı. Onlardan nə bilsin, mənə hansı ağır, hansı sarsıdıcı zərbəni vurub? Heç bilmirəm ərazi polisi tapacaqmı, tapmayacaqmı? Tapılsa belə, o kompüter salamat olacaqmı, olmayacaqmı? Elə indicə ərazi polisləri gəlib ilkin baxış keçirdilər”.
İnterpress.az