400 kiloqramlıq xəstə Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə mənzildən çıxarılmalı olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, 400 kiloqramlıq Sankt-Peterburq sakini Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə mənzildən çıxarılmalı olub.
İlkin məlum olub ki, 36 yaşlı pasiyentdə pnevmoniya olmasından şübhələniblər. Hadisə yerinə gələn təcili yardım həkimləri anlayıblar ki, onlara başqa xidmətlərdən kömək lazım olacaq.
Mətbuat yazır ki, guya mütəxəssislər həkimlərə Lunaçarski prospektindəki binadakı mənzildən adamı çıxarmağa kömək etmək üçün qapını sındırmalı olublar.
Digər məlumata görə, çıxışların genişləndirilməsinə ehtiyac olmayıb, mənzil və giriş qapıları bütövdür. Sankt-Peterburq sakini xəstəxanaya çatdırılıb.
Xuraman Etibarlı
İnterpress.az