Ukraynada bir qrup silahlı şəxs azərbaycanlını qarət edib. Verilən məlumata görə, hadisə Xarkov şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə \”Yaxalama\” planı üzrə əməliyyat keçiriblər və əməliyyata Saltovski şossesində başlanılıb.
\”Oğurluq barədə Moskva bölməsinə məlumat daxil olub. 47 yaşlı zərərçəkən bildirib ki, Saltovski şossesində yerləşən binanın qarşısında əlində silah olan iki naməlum şəxs ona yaxınlaşıblar və pul tələb ediblər.
Ondan 30 min dollar pul oğurlayaraq qaçıblar\”, – deyə Xarkov vilayətinin baş polis idarəsindən bildiriblər.
İdarədən onu da qeyd ediblər ki, qarət olunan şəxs Azərbaycan vətəndaşıdır. Cinayətkarlar həmyerlimizi qorxutmaq üçün havaya rezin güllələrlə atəş açıblar.
Hazırda oğrularla bağlı Ukrayna Cinayət məcəlləsinin \”quldurluq\” maddəsi ilə cinayət işi açıb. Araşdırmalar gedir. (ans)
İnterpress.az