Məlumdur ki, uzun illər su üzünə həsrət qalan Qobustanda şəhərin yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün 2015-ci ilin ortalarından “Azərsu” fəaliyyətə başlayıb.
Rayonun mərkəzində vəziyyət o dərəcədə acınacaqlı idi ki, hətta ölkə başçısının şəhər statusu verdiyi Qobustan şəhərində bircə dənə də ictimai tualet yox idi. Şəhərə qonaq gələnlər ağac-kol dalına qaçmalı olurdu.
Nəhayət, Qobustan şəhərininin su təchizatı və kanalizasiya sisteminin yaradılmasına başlanıldı.
Hazırda bu məqsədlə Qobustanda işlər gedir.
Ancaq şəhər sakinlərinin NUH.az-a verdiyi xəbərə görə, “Azərsu”nun sifarişi ilə Türkiyənin “Çuxuroba” şirkəti kanalizasiya xətlərinin çəkilişi zamanı yolları bərbad vəziyyətə qoyub. Ancaq bundan dəhşətlisi odur ki, kanalizasiya çəkilişi ( dərinliyi 2 metrdən artıq ) zamanı aşkar olunan qədim yeraltı tunelləri “Azərsu”nun ekskvatorları dağıdır.
“Azərsu”nu bəlkə də başa düşmək olar öz işini görür.
Bəs Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya və Etnoqrafiya institlarının rəhbərliyi hara baxır..?
İnterpress.az