Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər zamanı S. Lavrov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək: \”ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın XİN rəhbərləri iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılacaq\”.
İnterpress.az