Azərbaycan əleyhinə idman sanksiyalarıbackend

Azərbaycan əleyhinə idman sanksiyaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, məşhur Amerika saytı insidethegames yazır ki, “Əgər Azərbaycan idmançıların yoxlanması problemlərini bu cür yavaş-yavaş həll etməyə davam edərsə, WADA-nın tələblərinə uyğun olmayan ölkə adlandırıla bilər”.

Başqa sözlə, WADA Azərbaycanı antidopinq qaydalarını qərəzli şəkildə pozan Rusiya və Keniya kimi ölkələrlə bir sıraya qoymaqla hədələyir. Yeri gəlmişkən, bu ölkələrin idmançıları Rio Olimpiadasından öncə əlavə dopinq yoxlamasından keçəcəklər.

Daha əvvəl insidethegames yazırdı ki, 2015-ci ildə yalnız Azərbaycan Avarçəkmə Federasiyası öz idmançılarını iki dəfə yoxlayıb. “Azərbaycanda testlər niyə belə az keçirilir” sualına Beynəlxalq Avarçəkmə Federasiyası (FISA) nümayəndələri bildirmişdilər ki, onların buna kifayət qədər maddi vəsaitləri yox idi, çünki maliyyə Avropa oyunlarının keçirilməsinə xərclənmişdi.

Amma WADA-da inanmırlar ki, \”\”Formula-1\” kimi yarışı keçirən və zəngin ölkə olan Azərbaycan dopinq-yoxlama üçün maddiyyata malik deyil\”.

Sayt həmçinin xatırladır ki, son illər ərzində Azərbaycanın 18 nəfər ağır atletinin, o cümlədən 2012-ci il Olimpiadasının mükafatçısı Valentin Xristov və hazırkı dünya çempionu Boyanka Kostovanın dopinq-sınaqları müsbət nəticə verib. Nəticədə isə Azərbaycan ağır atletika üzrə bütün olimpiya lisenziyalarından məhrum edilib. Təəssüflər olsun ki, Gənclər və İdman Nazirliyi antidopinq şöbəsinin rəhbəri İradə Rüstəmzadə bu məsələ ilə bağlı şərh verməkdən imtina etdi. (virtualaz.org)

İnterpress.az