Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı məzmunda 2.2.1.3-cü yarımbənd əlavə edilir:
“2.2.1.3. tam orta təhsil;”
4.15.5-ci yarımbənddə “ümumi orta təhsil” sözlərindən sonra “, tam orta təhsil” sözləri əlavə edilir.
Bundan əvvəl bu yarımbənddə qeyd olunurdu:
\”4.15.5. şagird və tələbələrin imtahana buraxılması, sinifdən-sinfə (kursdan-kursa) keçirilməsi, ümumi orta təhsil və orta ixtisas təhsili haqqında dövlət sənədlərinin verilməsi, şagird və tələbələrin həvəsləndirilməsi, həmçinin başqa pedaqoji təsir kömək etmədikdə, şagird və tələbələrin Akademiyadan xaric olunması məsələsini;\”
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. (pia.az)
İnterpress.az