Avropa Dərman Agentliyinin Farmokonəzarət Risk Qiymətləndirilməsi Komitəsi yuxarı tənəfüs yollarının iltihabı zamanı istifadə olunan “Bioparox” dərman vasitəsinin istifadəsi zamanı yüksək riskli əks təsirləri aşkarlayaraq dərmanın istehsalı və satışının dasyandırılması barədə təlimat verib.
Dərmanın istifadəsi şok, ciddi allergik reaksiyalar hətta bəzi ölkələrdə ölümlə nəticələnib.
Ən əsası dərmanın əks təsirləri zamanı ilkin tibbi yardım qeyri -mümkündür. Tibbi müdaxilələrin heç bir əhəmiyyətli olmur.
Bütün riskləri nəzərə alınaraq Səhiyyə Nazirliyinin sərəncamı ilə dərmanın qeydiyyatı ləğv edilib, bütün apteklərdən, topdan satış müəssisələrindən- depolardan çıxarılıb. Ölkə üzrə bütün apteklərdən yığışdırılan dərmanlar karantinə götürülərək məhv edilib. (xəzər)
İnterpress.az