Ermənistan KTMT-də səsvermə hüququnu İTİRƏ BİLƏR – İrəvandan AÇIQLAMAbackend

Ermənistan KTMT-də səsvermə hüququnu İTİRƏ BİLƏR – İrəvandan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İrəvanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı mümkün qərarı nəzərə alacaq.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan İrəvanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı mümkün qərarı nəzərə alacağını bildirib.

Xandanyan qeyd edib ki, Ermənistanın mövqeyində dəyişiklik yoxdur və İrəvan təşkilatda iştirakını dondurub.

Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirakını aktivləşdirməsinə səbəb ola biləcək hər hansı əsas və ya şərait görmür.

“Vəziyyətin inkişafını izləyəcəyik və KTMT-dəki tərəfdaşlarımızın qərarını nəzərə alacağıq”, – o bildirib.

Xandanyan həmçinin KTMT-nin 2022-2023-cü illərdə “Azərbaycanın Ermənistana qarşı hərəkətlərini hələ də pisləmədiyini” iddia edib.

Xuraman Etibarlı

İnterpress.az