Buryatiyada rəhbər sərxoş olduğuna görə işçini döyərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Buryatiya Respublikasında ev təmirində çalışan kişi rəhbəri tərəfindən döyülərək öldürülüb.
Hadisə Biçura kəndində baş verib. Məlumata görə, iki muzdlu işçi evdə təmir işləri aparıb. İşə rəhbərlik edən şəxs obyektə gələrkən əməkdaşlardan birini sərxoş vəziyyətdə görüb.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Rəhbər işçisinin başına bir neçə zərbə vurub.
Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb.
Şübhəli şəxs hadisədən sonra qaçmağa çalışsa da, saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb və rəhbər barəsində həbs qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






