Yekaterinburqda milyarderin oğlunun idarə etdiyi Lamborghini iki nəfəri vuraraq evə çırpılıb.
İnterpress.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində bənövşəyi rəngli Lamborghini ağır qəza törədib.
İlkin məlumata görə, sükan arxasında Ural milyarderi İqor Altushkinin oğlu David olub. İddialara əsasən, avtomobil evin qarşısında eyvanda oturan 23 yaşlı gənci və onun dostunu vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Qəza zamanı Lamborghini idarəetmədən çıxaraq evə çırpılıb və ciddi şəkildə əzilib. Sürücünün sağ qaldığı, başından xəsarət aldığı bildirilir.
Hadisə yerində təcili tibbi yardım və polis əməkdaşları işləyib.
Qeyd olunur ki, bənövşəyi rəngli Lamborghini nömrəsiz şəkildə şəhərdə göründüyü gündən yerli sakinlərin diqqətini çəkib və sonradan dəfələrlə Yekaterinburq küçələrində müşahidə olunub.
İqor Altushkin “Ruskiy Mednaya Kompaniya”nın təsisçisidir.
Xuraman Etibarlı
İnterpress.az






