Almaniyada Elba çayında uzun müddət davam edən quraqlıq səbəbindən “aclıq daşları” peyda olub.
İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.
Almaniyada uzunmüddətli quraqlıq nəticəsində Elba çayında tarixən “aclıq daşları” adlandırılan daşlar üzə çıxıb.
Bu daşların üzərində suyun əvvəlki illərdəki aşağı səviyyəsini göstərən nişanlar yerləşir.
Tarixən belə daşların üzə çıxması məhsuldarlığın azalması və aclıq təhlükəsinin xəbərçisi hesab olunub.
Məlumata görə, Pirna ərazisində Elba çayında suyun səviyyəsi uzun müddətdir 1 metrdən aşağıdır.
Drezdendə isə çayın dərinliyi 54 santimetrə qədər azalıb.
Xuraman Etibarlı
İnterpress.az






