Rusiya bazarlarında “narkotik” tərkibli yağ yandırıcılar satılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın onlayn marketpleyslərində satılan bəzi arıqlama preparatlarının tərkibində təhlükəli dozada sibutramin aşkar edilib.
Məlumata görə, Supressa Fast Metabolism, Ultra Lipo 3, Mineral Balance və S Figura Slim qəhvəsinin tərkibində sibutraminin miqdarı yol verilən normanı 2-3 dəfə üstələyib.
Sibutramin amfetamin törəməsi olan maddə kimi təqdim edilir və yüksək dozada istifadəsi ciddi psixi pozuntulara, ürək-damar problemlərinə, hətta ağır hallarda reanimasiyaya düşməyə səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






