Ermənistanda dövlətə xəyanətdə ittiham olunan şəxs həbsxanada intihara CƏHD ETDİbackend

Ermənistanda dövlətə xəyanətdə ittiham olunan şəxs həbsxanada intihara CƏHD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan kişi intihara cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanda dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən şəxs intihara cəhd edib.

Məlumatı “Armavir” cəzaçəkmə müəssisəsinin əməkdaşlarının müdaxiləsi ilə intihar cəhdinin qarşısının alındığını bildirən Ermənistan Penitensiar Xidmətinin mətbuat mərkəzi təsdiqləyib.

“Armlur” nəşrinin məlumatına görə, söhbət Toros Torosyan adlı şəxsdən gedir. O, cinayət təqibinə etiraz olaraq bir neçə gün əvvəl aclıq aksiyasına başlayıb.

Torosyan heç bir cinayət törətmədiyini, buna baxmayaraq artıq 1 il 4 aydır həbsdə saxlanıldığını bildirib.

Keçmiş hərbçi qarşı tərəfə hərbi mövqelər və obyektlər barədə məlumat ötürməkdə ittiham olunur.

Xuraman Etibarlı

İnterpress.az