Moskvada sərxoş ana 3 yaşlı qızını 10-cu mərtəbədən ATDI – FOTO/VİDEObackend

Moskvada sərxoş ana 3 yaşlı qızını 10-cu mərtəbədən ATDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva bölgəsində sərxoş ana üç yaşlı qızını 10-cu mərtəbənin eyvanından atıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətinin Sergiyev Posad şəhərində 27 yaşlı qadın 3 yaşlı qızını 10-cu mərtəbədəki balkonun məhəccərindən aşağı atıb.

Məlumata görə, Anna Obraztsova mənzildə 3 yaşlı qızı və 8 aylıq oğlu ilə birlikdə olub. Qadın qəfil qızını qucaqlayaraq balkonun məhəccərindən keçirib və aşağı atıb.

Uşaq 10-cu mərtəbədən düşməsinə baxmayaraq sağ qalıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsində müalicə olunur.

Hadisə zamanı qadının sərxoş olduğu bildirilir. O, saxlanılıb və dindirmə zamanı təqsirini etiraf edib, lakin hərəkətinin səbəbini izah edə bilməyib.

İlkin məlumata görə, o, doğuşdan sonrakı depressiyadan əziyyət çəkir.

Faktla bağlı cinayət işi açılıb. Qadının həyat yoldaşının hazırda həbs cəzası çəkdiyi, özünün isə əlavə olaraq uşaq repetitoru kimi çalışdığı bildirilir.

Hadisə anını əks etdirən görüntülərin də yayıldığı qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az