Qızını dörd il dolabda gizlədibbackend

Qızını dörd il dolabda gizlədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberler”-ə istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşayan Muharrem Salman, 33 yaşındakı Aysun Demirtaşdan boşandıqdan sonra 7 yaşındakı qızı Elifi gizlədib. Qız bir neçə gün əvvəl kişinin evində gizli bir hissədə qurulan dolabda tapılıb və Tokatda yaşayan anasına verilib.
Qızını dolabda gizlədən Muharrem Salman 4 il müddətində qızını anasından gizlətməsinə bu sözlərlə haqq qazandırmağa çalışıb:
“İnternetdən sevgili tapan bir anaya qız uşağını etibar etmək istəmədim. Hər gün bunun nümunələrini görürük, sevgilisi ilə birgə uşaqlarını öldürən analar var. Mən də qorxdum, çəkindim uşağımı vermədim”.
Məhkəmədən çıxarkən balaca Elif atasının qucağında olub, razılaşmaya əsasən uşaq bir ay atasında bir ay isə anasında qalacaqmış.
Muherrem Salman boşanmanın səbəbinin anlaşmazlıq olmadığını bildirib. O, həyat yoldaşının internetdən özünə sevgili taparaq evi tərk etdiyini, gedərkən də evdən bahalı əşyaları götürdüyünü deyib.
Həmçinin Muharrem Salman Elifin doğulduğundan bəri özünə daha yaxın olduğunu bildirərək, uşağın anası ilə böyüməsini istəmədiyini vurğulayıb.
“Uşağı dolabda gizlədir” iddiasına isə ata belə cavab verib: Elifin zindanı dedikləri yer buradır, bir dəfə girib çıxıb vəssalam. Qızımdan ötrü çox darıxıram. Onun paltarları, hər şeyi məndə qalıb”.

İnterpress.az