Dövlət Avtomobil Nəqliyyat Xidmətində İnterpress.az-a verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 07 oktyabr 2016-cı il tarixində Naftalan şəhərində Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
• Goranboy şəhəri, Heydər Əliyev prospekti-110;
• Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsi-1.
• Naftalan şəhəri, Heydər Əliyev prospekti-1;
İnterpress.az