İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandiri Məhəmməd Xakpur bildirib ki, bu gün sərhədi keçməyə cəhd edən terrorçuların ölkəyə girişinin qarşısı alınıb.
“ABŞ və İsrailin dəstəklədiyi terrorçu qruplar və inqilaba zidd qüvvələr ölkə ərazisinə keçərək təxribat törətmək istəyib. Nəcəf qərargahının təhlükəsizlik qüvvələri onların qarşısını alıb və qruplaşma üzvləri tamamilə məhv edilib. Qruplaşmanın 12 üzvi öldürülüb və onlardan silah-sursat müsadirə olunub”, – deyə Məhəmməd Xakpur bildirib. ( apa )
İnterpress.az