İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, Kanadanın Montreal şəhərindəki “College de Maisonneuve” adlı məktəbində bilogiya müəllimi hicablı şagirdini imtahan otağından xaric edib.
Hadisə dərs ilinin əvvəlində qoyulan qaydanın pozulmasına görə baş verib. Belə ki, imtahanlarda şagirdlər papaq, uzun açıq saç, ya da örtükdən istifadə edə bilməzlər, səbəb kimi bu vasitəıərin qulaqları örtməsi göstərilib.
Müəllimə bu qadağaları şagirdlərin imtahan zamanı qulaqcıqdan istifadə etməməsi üçün qoyub.
Hicablı şagird isə öz inancına zidd olacaq bu hərəkəti etməkdən biyun qaçırıb, nəticədə isə müəllim onu imtahandan qovub.
Qovulan şagird aidiyyatı qurumlara rəsmi şikayət etməyib.
Şagirdin ikinci dəfə imtahana girməsi üçün tədbirlər görülür. Məktəb rəhbərliyi hadisənin bir daha baş verməməsi üçün səy göstərəcəklərini bildirib.
İnterpress.az