Onu bağışlamaq olarmı?backend

Onu bağışlamaq olarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəyanət! Görəsən yer üzündə bir nəfər tapılarmı bu acı ilə qarşılaşmasın?
Qadın güclüdür, bütün ağrılara dayanıqlıdır deyib keçirik çox zaman…
Və birdə uşaq, əmi, dayı, qonşu Almaz xala nə deyər kimi maneələr…
Xənayətlə qarşılaşdıq, lakin bəzi dəyərli anlara, günlərə və xatirələrə görə bağışlamaq zorundayıq.
“Bax necə tab gətirsin qadın, necə davam etsin, necə reabilitə olsun?” sualını düşünərək və qadınlarımıza bir qədər yardımçı olmaq məqsədi ilə İnterpress.az saytı Neyro linqvistik proqramlaşdırma (NLP ) Master Trainer, Yaşam koçu Babək Bayramovun məsləhətlərini təqdim edir:

Xəyanətlə üzləşdiyindən xəbər tutan xanımların hamısı bu hadisəyə eyni reaksiyanı vermir. Biri bu hadisəyə kədərlənir, digəri “onsuz da bütün kişilər gəzir” deyərək özünü təsəlli edir, başqa biri isə intihara cəhd edir.

Onu bağışlamaq olarmı?

Xəyanəti ağır duyğularla şərtləndirən xanımlar üçün xəyanət kabus kimi bir şeydir. Bu zaman xanım dəyərlər ziddiyyəti içərisinə düşür və ciddi psixoloji sarsıntı yaşayır.

Bir tərəfdən özünü alçaldılmış hiss edir və dərhal ayrılmaq istəyir. Ona görə bu hadisə yolverilməzdir. Digər tərəfdə isə boşanma ilə bağlı beynində neqativ ssenari yaradır: təklik, uşaqlar, ailə təminatının çətinliyi, boşanmış qadın sindromu…

Diqqəti bir məsələyə çəkmək istəyirəm ki, ehtiras və partnyoru dəyişmək istəyi sadəcə insanlarda deyil, bütün məməli erkəklərə xas xüsusiyyətdir.
Diqqət edirsinizsə, məməli sürülərində erkəklər azlıq təşkil edir. İnsana cəmiyyətdə əxlaq qaydaları nə qədər aşılansa da, bioloji kimliyi ehtirasla təchiz olunmuşdur.

Onu bağışlamaq olarmı?

Ehtiras, fərdin növünün davam etdirilməsini təmin edən bioloji proqramdır. Təbiətdə canlılar növlərini artırmaq üçün deyil, sadəcə həzzə qovuşmaq üçün cütləşirlər. İnsanın sadəcə sosial varlıq deyil, eyni zamanda bioloji varlıq olduğunu nəzərə alsaq, bu istəyin mənbəyi aydın olar. Ona görə də partnyor dəyişmək, hər zaman olub, indi var, bundan sonra da olacaq.

Onu bağışlamaq olarmı?

Əslində kişi xanıma xəyanət etməyi qarşısına məqsəd qoyaraq xəyanət etmir, hətta buna görə riskə girir, biabır olmaq qorxusunu yaşayır, bəzi hallarda da vicdansızlıq etdiyini düşünür.

Çünki, yaşadığı cəmiyyətin qaydaları bunu etməməsini tələb edir. Sadəcə bioloji həzzə qovuşmaq istəyi üçün partnyorunu müvəqqəti dəyişir. Seksual münasibətlə ailə dəyərləri fərqli şeylərdir.

Buna görə də hesab edirəm ki, xanımlar ərlərinin seksual ehtiyaclarını başqa bir xanımla təmin etdiklərinə görə ailə dəyərlərini dağıtmamalıdırlar. Əgər ağır duyğular yaşayırlarsa və unuda bilmirlərsə, bunu aradan qaldırmağa yarım saatlıq çalışma kifayət edir.

Bu günkü koçluq texnikaları ilə istənilən təcrübəni emossional baxımdan sürətlə neytrallaşdırmaq mümkündür. Əgər bu uzun illərin təcrübəsidirsə və daim baş veribsə, bir neçə seansa qədər uzana bilər.

Onu bağışlamaq olarmı?

Xanımlar xəyanət məsələsini həddindən çox böyüdərlərsə, bu ailə dəyərlərini sarsıdar və “qaş düzəltdiyi yerdə göz çıxara” bilərlər. Əksinə ailə dəyərlərini gücləndirmək və ittifaqı möhkəmləndirmək üçün peşəkar xidmət almalı, bu barədə çoxlu mütaliə etməlidirlər. Unutmaq lazım deyil ki, dərdi verən Allah, dərmanın da verər.

Səidə Mustafayeva
İnterpress.az