Hamıdan gizli doğduğu qızını pəncərədən aşağı atdıbackend

Hamıdan gizli doğduğu qızını pəncərədən aşağı atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberler”-ə istinadən xəbər verir ki, Amerikada öz uşağını pəncərədən tullayan qız Facebook vasitəsilə dostlarından kömək istəyib.
Qız sosial şəbəkədə bu sözləri yazıb: “Kim mənə böyük bir kömək edə bilər, kimin maşını var?”
Hadisədən sonra qızın babası təəccüb içində olduğunu bildirib. Baba Con Barselona nəvəsini bir neçə gün əvvəl gördüyünü və nəvəsinin hamilə olduğunu bilmədiyini deyib. Barselona qeyd edib ki, nəvəsi normal çəkidə olduğu üçün əsla şübhələnməyib.
Hadisədən dərhal sonra qız hər şeyi anasına danışıb, anası isə uşağı çimlərin üstündən tapib və ürək masajı edib.
Pəncərədən uşaq atıldığını görən qonşular isə polisə şikayət ediblər. Ambulans və polis hadisə yerinə gəlib. Xəstaxanaya aparılan zaman uşaq yolda can verib.
Qonşulardan biri isə məlumat verib ki, qız ambulansa aparılan uşağının dalınca ağlayırmış.
Qızın digər ailə üzvlərinin onun hamilə olmasını bilib-bilmədikləri barədə heç bir açıqlama verilməyib. Hadisə ilə bağlı instintaq davam edir.

İnterpress.az