Putinin gizli bağ evi tapıldı – VİDEObackend

Putinin gizli bağ evi tapıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az xəbər verir ki, sözügedən iddia ilə “Dojd” telekanalı çıxış edib. İddiaya görə, Rusiya prezidenti Kareliyada mühafizə olunan evlərdə istirahət etməyə üstünlük verir. Bu evlər biznesmenlər Yuri və Boris Kovalçuklara məxsus “Praym” şirkətinin ərazisində yerləşir.

Telekanala 3 mənbənin – Kareliya qanunverici məclisinin nümayəndəsi, iş adamı və şirkət nümayəndəsi, evlərdən birinin interyerini hazırlayan şəxsin verdiyi məlumata görə, Putin istirahət üçün bura dəfələrlə gəlib.

Yerli sakinlər də birmənalı şəkildə iqamətgahı prezidentlə əlaqələndirirlər. Telekanalın məlumatına görə, Putinin bu bağ evlərinə getməsi barədə heç bir sübut yoxdur.

Prezidentin mətbuat katibi Dmitri Peskov isə iqamətgah barədə verilən sualları cavablandırmaqdan imtina edib.

İnterpress.az