“Həyətə girəndə bizə atəş açdılar” – DİN-in əməkdaşıbackend

“Həyətə girəndə bizə atəş açdılar” – DİN-in əməkdaşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə bir neçə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.

Sonra məhkəmədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib.

O bildirib ki, Taleh Bağırovla bağlı məlumat daxil olub və sonra hadisə yerinə yollanıblar: \”Həyətə girəndə bizə atəş açdılar. Xəbərdarlıq etdik, dayanmadılar. Mən Əlibaba Vəliyevi zərərsizləşdirdim. Üzərindən qumbara aşkarladım. Onu zərərsizləşdirərkən əlində bıçaq var idi. Bıçağı çıxarıb mənə xəsarət yetirmək istədi. İmkan vermədim, onu zərərsizləşdirdim\”.

Proses fasilədən sonra davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur. ( trend.az )

İnterpress.az