İnterpress.az “Dunyabulteni”-nə istinadən xəbər verir ki, İngiltərənin baş naziri Teresa May silah satışı ilə bağlı tənqidlərə cavab verib. May bildirib: “Bizim üçün hər şeydən əvvəl öz milli maraqlarımız gəlir”.
BBC televiziyasında yayımlanan verilişə qatılan baş nazir, bundan sonra da xarici siyasətdə yenə də qazanc istiqamətli addımlar atacaqlarını bildirib.
Qeyd edək ki, daha əvvəl İngiltərə parlamenti də Səudiyyə Ərəbistanına silah satışını tənqid etmiş və hökümətdən silah satışını dayandırmağı tələb etmişdi.
İnterpress.az